BREAK OFF

v 1. dayandırmaq, saxlamaq, kəsmək (söhbəti və s.); He broke off speaking to answer the telephone O, telefona cavab vermək üçün söhbəti kəsdi; 2. sındırmaq, qopartmaq; He broke off a branch and gave it to me O, bir budaq sındırıb mənə verdi

BREAK-NECK
BREAK OUT
OBASTAN VİKİ
Quantum Break
Quantum Break — 2016-cı ilin döyüş-macəra oyunu. Remedy Entertainment şirkəti tərəfindən hazırlanan oyun Microsoft Studios tərəfindən yayınlanıb. Oyun 21 may 2013 Xbox One tədbirində elan olunub. Eyni zamanda Quantum Break Serialının çəkilişlərinə də başlanılıb. == Mövzusu == Oyun, Jack Joyce, Beth Wilder, ve Paul Serene adındakı zamanı yönləndirə bilən 3 insan üzərinə qurulmuşdur. Məsələn Paul Serene gələcəyi görə bilmə bacarığına sahibdir. Oyundakı hadisələr ABŞ-nin şimal şərqində Riverport Üniversitetində aparılan Zamanda Səyahət təcrübəsinin səhv getməsi ilə daha da sürətlənir. Oyunun hazırlanması sırasında şirkət CERN-də işləyən bir nəfər nəzəri fizikaçıdan da faydalanıb.
Prison Break
"Həbsxanadan Qaçış" (Prison Break) Amerika dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 Avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 Aprel 2007 tarixində sona çatmışdır. 3.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Spin-off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər. Fləş serialıda Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Spin off

Break My Silence
Break My Silence — 2010-cu ilin aprel ayında Azərbaycanda yaradılmış metalcore qrupu. Qrupun ilk demo mahnısı - "Blind To The Truth" 2011-ci ildə dinləyicilərə təqdim olunmuşdur. Yeni vokalist "Vita" ilə birlikdə qrupun "Boundary Of Emptiness" adlı ilk debüt studio albomu 2012-ci il mayın 21-də dinləyicilərin ixtiyarına verilmişdir.
Dance You Off
Dance You Off (azərb. Səni rəqs etdirmək‎) — İsveçin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Benyamin İnqrosso "Dance You Off" mahnısı ilə İsveçin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı MAG, Luis Şurl, K Nita və Benyamin İnqrossonun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Off The Wall
Off the Wall — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
I Won't Break
I Won't Break (azərb. Mən sınmayacağam‎) — Rusiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yuliya Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Leonid Qutkin, Netta Nimrodi və Ari Burşteyn tərəfindən bəstələnmişdir. Bəstəkarlardan Leonid Qutkin daha öncə Rusiyaya Avroviziyada 2013-cü ildə 5-ci yeri qazandıran "What If" və 2015-ci ildə ikinci yeri qazandıran "A Million Voices" mahnılarını bəstələmişdir.
Off the Wall (albom)
Off the Wall — Maykl Cekson 5-ci studiya albomu. Albom 10 avqust 1979-cu ildə Epic Records leyblı ilə buraxılmışdır. Albomdakı üç sinqla videoklip çəkilmişdir. Mahnılardan üçü Ceksonun özü tərəfindən yazılmışdır, o cümlədən, Platin sertifikatlı sinql — Don't Stop 'Til You Get Enough. Albom dünyada 20 milyon nüsxədən artıq satılmış və tarixə ən çox satılan albomlardan biri kimi düşmüşdür.
Tiny Toon Adventures: Babs’ Big Break
Tiny Toon Adventures: Babs’ Big Break - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunu.
Can't Take My Eyes Off you
"Can`t Take My Eyes Off You" (Tərc.: "Gözlərimi səndən ayıra bilmirəm") 1967-ci ildə Frankie Valli tərəfindən ifa olunmuş mahnıdır. Bəstə onun ən böyük hitlərindən biri idi, və ona qızıl qrammofon valı-nı və Billboard Hot 100 siyahısında 2-ci yeri qazandırdı. Bəstə Bob Gaudio və Frankie Valli tərəfindən yazılmışdır. == Əlamətdar kover versiyaları == Bu mahnı 200-dən çox müğənni tərəfindən, öz stillərində ifa olunmuşdur. Bunların arasında Andy Williams, The Supremes, Bobby Darin, Julio İglesias-ı saymaq olar. Həmçinin, Robert De Niro, John Cazale və Christopher Walken mahnını, 1978-ci ildə, Deer Hunter filmində ifa etmişlərdir.
UEFA Avro 2000 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2000-in seçmə mərhələsinin pley-off qarşılaşmalarında öz qruplarında 2-ci yeri tutan Şotlandiya, İngiltərə, İsrail, Danimarka, Sloveniya, Ukrayna, İrlandiya və Türkiyə milli futbol komandaları mübarizə aparmışlar. Qruplarda 2-ci yeri tutan komandalar arasında ən yaxşı göstəricilərə sahib olan Portuqaliya millisi turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Oyunlar 1999-cu il 13 və 17 noyabr tarixlərində baş tutmuşdur. Bu oyunların nəticələrinə görə Türkiyə, Sloveniya, Danimarka və İngiltərə milliləri UEFA Avro 2000-in fшnal turnirində iştirak etmək hüququ qazanmışlar.
UEFA Avro 2004 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2004-ün seçmə mərhələsinin pley-off oyunları Avropa çempionatlarının tarixində 2-ci dəfə idi ki, keçirilirdi. Oyunlarda seçmə mərhələsinin 10 qrupunda 2-ci yeri tutan komandalar iştirak etmişlər. Komandalar 5 cütlüyə bölünmüş və hər cütlüyün qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdır. == İştirakçılar == == Püşkatma == Pley-off oyunlarının püşkatmasl 2003-cü il 13 oktyabr tarixində Frankfurt-Mayn şəhərində baş tutmuşdur. Komandalar üçün səpələmə sistemi tətbiq olunmamış, buna görə də püşkatma açıq keçirilmişdir: istənilən komanda digər bir istənilən komanda ilə qarşılaşa bilərdi. Püşkatmanı UEFA-nın baş katibi Gerhard Ayqner və İsveç Futbol Birliyinin prezidenti Lars-Oke Laqrell keçirmişlər. == Oyunlar == Oyunlar 2003-cü il 15-19 noyabr tarixləri arasında keçirilmişdir. Niderland millisi iki oyunun nəticəsinə görə (6:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Xorvatiya millisi iki oyunun nəticəsinə görə (2:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Rusiya millisi iki oyunun nəticəsinə görə (1:0) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir.
2022/2023 UEFA Çempionlar Liqasının pley-off mərhələsi
2022–23 UEFA Çempionlar Liqasının pley-off mərhələsi fevralın 14-də 1/8 final mərhələsi ilə başlayıb və 2022–23 UEFA Çempionlar Liqasının çempionlarını müəyyən etmək üçün 10 iyun 2023-cü ildə Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək finalla başa çatacaq. Pley-off mərhələsində ümumilikdə 16 komanda mübarizə aparır. == Komandalar == Pley-off mərhələsində qrup mərhələsindən səkkiz qrupun hər birinin qalibi və ikincisi kimi vəsiqə qazanan 16 komanda iştirak edir. Pley-off mərhələsindəki hər komanda evdə bir oyun oynayır. Ümumi oyunda hesabında daha çox qol vuran komanda növbəti mərhələyə keçir. Ümumi hesab bərabər olarsa, əlavə vaxt 30 dəqiqə oynanılır (səfər qolları qaydası tətbiq edilmir). Əlavə vaxtın sonunda hesab hələ də bərabər olarsa, qaliblər penaltilər seriyası ilə müəyyən edilir. Tək matç kimi oynanan finalda normal vaxtın sonunda hesab bərabər olarsa, əlavə vaxt oynanılır, hesab hələ də bərabər olarsa penaltilər seriyası keçirilir. Dörddəbir final və yarımfinal üçün eyni şəhərin komandalarının eyni gündə və ya ardıcıl günlərdə evdə oynaması logistika və izdiham səbəbindən planlaşdırılmır. Bu cür planlaşdırma ziddiyyətinin qarşısını almaq üçün, əgər iki komanda eyni oyun üçün evdə oynayacaqsa, seçmə mövsümdə daha aşağı yerli reytinqə malik komandanın iştirak etdiyi bərabərliyin mərhələlərinin ardıcıllığı ilkin püşkatmadan dəyişdirilir.
2022–23 UEFA Çempionlar Liqasının pley-off mərhələsi